İran: parlament seçkilərində ilkin nəticələrə görə mühafizəkarlar və islahatçılar liderlik edir

İran: parlament seçkilərində ilkin nəticələrə görə mühafizəkarlar və islahatçılar liderlik edir Bu ana qədər 40 min seçki qutusu açılıb
Region
27 Fevral , 2016 13:01
İran: parlament seçkilərində ilkin nəticələrə görə mühafizəkarlar və islahatçılar liderlik edir

Bakı. 27 Fevral. REPORT.AZ/ Dünən İranda Məclisə (İran parlamenti) keçirilmiş seçkilərdə ilkin məlumatlara görə, mühafizəkarlar və islahatçılar liderlik edir.

"Report" "Tesnim" xəbər agentliyinə istinadən xəbər verir ki, bu ana qədər 40 min seçki qutusu açılıb. İlkin nəticələrə görə, seçicilərin 60%-i mühafizəkarlara (konservatlara), 30%-i islahatçı və hökumət tərəfdarlarına, 10%-i isə müstəqil namizədlərə səs verib.

Paytaxt Tehran və digər böyük şəhərlərdəki səslər hələ tam hesablanmayıb. Bu səbəbdən səsvermənin nəticələri dəyişə bilər.

Seçki günü seçici fəallığı isə 70%-dən çox olub. Tehrandan təxminən 3, ölkə üzrə ümumilikdə isə təqribən 33 milyon nəfər səs verib.

Son xəbərlər

Orphus sistemi