Yuxarı

İran öz vətəndaşlarını Türkiyəyə hava nəqliyyatı ilə səfər etməyə çağırıb

İran XİN-in rəsmiləri ölkə sakinlərinə növbəti xəbərdarlığa qədər Türkiyəyə hava nəqliyyatı ilə səfər etməyi tövsiyyə edib

Bakı. 8 avqust. REPORT.AZ/ İran öz vətəndaşlarını quru yol nəqliyyatı vasitələri ilə Türkiyəyə səfər etməməyə çağırıb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin şərq vilayətlərində son günlərdə gərginliyin artdığına diqqət yetirən İran XİN-in rəsmiləri ölkə sakinlərinə növbəti xəbərdarlığa qədər Türkiyəyə hava nəqliyyatı ilə səfər etməyi tövsiyyə edib.

Xatırladaq ki, terrorçu PKK təşkilatına üzv olan yaraqlılar ötən gün Türkiyənin Ağrı vilayətində İrandan gələn sərnişin avtobusunu atəşə tutublar. Nəticədə sərnişinlərdən biri və bir türk hərbçisi həlak olmuşdu.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi