İran öz istehsalı olan hava hücumundan müdafiə kompleksini sınaqdan keçirib

İran öz istehsalı olan hava hücumundan müdafiə kompleksini sınaqdan keçirib "Bavar-373" zenit-raket kompleksi Rusiyanın "S-300" kompleksinin analoqudur
Region
1 Mart , 2017 12:14
İran öz istehsalı olan hava hücumundan müdafiə kompleksini sınaqdan keçirib

Bakı. 1 mart. REPORT.AZ/ İran "Bavar-373" hava hücumundan müdafiə kompleksini sınaqdan keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın müdafiə nazirinin müavini, general Əmir Hatəmi bildirib. 

Onun sözlərinə görə, sistemin ballistik raketlər üzrə istifadəsinin sınaqları təsdiq olunmuş proqram əsasında həyata keçirilir və sınaqlar kompleks Silahlı Qüvvələrə verilənə qədər davam edəcək.

Qeyd edək ki, İran mənbələrinin Rusiyanın "S-300" kompleksinun analoq olduğunu iddia etdiyi "Bavar-373" zenit-raket kompleksi ilk dəfə ictimaiyyətə ötən il avqustun 21-də İranın müdafiə sənayesi sərgisində nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi