Yuxarı
    Bağlamaq

    ​İran nüvə yanacağını idxal edə bilər

    Ötən illə müqayisədə danışıqlarda tərəqqi əldə edilib

    Bakı. 18 dekabr. REPORT.AZ/ İran nüvə yanacağını istehsal etməyib, onu idxal da edə bilər. "Report" "iran.ru"ya istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının (İAET) sözçüsü Bəhruz Kəmalvəndi bildirib.  

    Onun sözlərinə görə, yanacağı idxal etmək Tehrana daha ucuz başa gəldiyindən bu variantın gerçəkləşdirilməsi mümkündür.

    O, ötən illə müqayisədə İranın nüvə problemi üzrə "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) ilə danışıqlarda "tərəqqi" əldə edildiyini də vurğulayıb.

    Qeyd edək ki, danışıqların növbəti mərhələsi 2015-ci il yanvarın 20-də Vyanada keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi