İran müdafiə nazirinin müavini: “Ballistik və qanadlı raketlər üzrə müdafiə potensialımızı artıracağıq”

İran müdafiə nazirinin müavini: “Ballistik və qanadlı raketlər üzrə müdafiə potensialımızı artıracağıq” Əmir Xatəmi 10 çevik qüvvələr briqadasnın yaradıldığını da vurğulayıb
Region
17 Avqust , 2017 20:33
İran müdafiə nazirinin müavini: “Ballistik və qanadlı raketlər üzrə müdafiə potensialımızı artıracağıq”

Bakı. 17 avqust. REPORT.AZ/ “İran raket, xüsusilə ballistik və qanadlı raketlər üzrə müdafiə potensialını artıracaq”.

“Report” “Press TV”yə istinadən xəbər verir ki, bunu İran müdafiə nazirinin müavini, briqada generalı Əmir Xatəmi parlamentdə nazir postuna namizədliyi müzakirə olunarakən etdiyi çıxışda bildirib.

İran prezidenti Həsən Ruhani onun namizədliyini müdafiə naziri vəzifəsinə irəli sürüb.

“Növbəti dörd ildə silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması ilə yanaşı, diqqətimizi ballistik raketlərin güclənməsinə, strateji aviasiya və dəniz ballistik raket imkanlarının artmasına, habelə çevik qüvvələrin yaradılmasına diqqəti yönəldəcəyik", - Ə.Xatəmi qeyd edib. 

O həmçinin 10 çevik qüvvələr briqadasnın yaradıldığını da vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl İran ballistik raket proqramının hazırlanması üçün 520 milyon dollar maliyyə ayırdığını açıqlamışdı. 

Son xəbərlər

Orphus sistemi