İran Milli Olimpiya Akademiyasının binasında partlayış olub

İran Milli Olimpiya Akademiyasının binasında partlayış olub İlkin məlumatlara görə, üç nəfər ölüb
Region
8 Avqust , 2018 11:20
İran Milli Olimpiya Akademiyasının binasında partlayış olub

Bakı. 8 avqust. REPORT.AZ/ İranın paytaxtı Tehranda yerləşən "Enqelab" İdman Kompleksində partlayış baş verib.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində qazanxanada olan 3 işçi ölüb.

İnsident İran Milli Olimpiya Akademiyasının binasında baş verib.

Partlayış binanın dağılmasına və ya yanğına səbəb olmayıb. 

Hadisənin başvermə səbəbləri aydınlaşdırılır.

Son xəbərlər

Orphus sistemi