​İran Məkkədəki faciəyə görə Səudiyyə Ərəbistanını məhkəməyə verəcək

​İran Məkkədəki faciəyə görə Səudiyyə Ərəbistanını məhkəməyə verəcək İranın dövlət prokuroru bu faciəni cinayət adlandırıb
Region
26 Sentyabr , 2015 22:53
​İran Məkkədəki faciəyə görə Səudiyyə Ərəbistanını məhkəməyə verəcək

Bakı. 26 sentyabr. REPORT.AZ/ İran Məkkə yaxınlığında 136 iranlı daxil olmaqla 700-dən artıq insanın ölümü ilə nəticələnən basırığa görə Səudiyyə Ərəbistanını beynəlxalq məhkəməyə verəcək.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə İranın dövlət prokuroru İbrahim Raisi məlumat verib.

Raisi sözügedən hadisəni cinayət adlandırıb və məhkəmə araşdırmasına ehtiyac duyulduğunu bildirib.

Prokuror qeyd edib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti kral maşın karvanının keçməsi üçün zəvvarların istifadə etdiyi yolu bağlayıb və nəticədə basabas yaranıb.

Son məlumatlara görə, basırıq zamanı ölənlərin sayı 770 nəfərə çatıb, 934 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi