Yuxarı

​İran Məclisinə seçkilərin ikinci turu başa çatıb

Seçkidə 17 milyondan çox seçici iştirak edib

Bakı. 30 aprel. REPORT.AZ/ İranın 21 əyalətində Məclisə (parlamentə) dünən keçirilmiş seçkilərin ikinci turu başa çatıb. "Report" xəbər verir ki, bu haqda İran İslam Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Səslərin hesablanması seçki məntəqələrinin bağlanmasından dərhal sonra başlanıb", - deyə daxili işlər nazirinin müavini Hüseyn Əli Əmiri qeyd edib.

İkinci turun ilkin nəticələri bu gün səhər elan ediləcək.

İkinci turda 18 yaşdan yuxarı səsvermə hüququ olan 17 milyondan çox seçici iştirak edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi