​İran Londonda keçiriləcək konfransı təxirə salıb

​İran Londonda keçiriləcək konfransı təxirə salıb Əli Kardora bildirib ki, Britaniyanın Tehrandakı səfirliyi İran şirkətlərinin təmsilçilərini Londona getmək üçün viza ilə təmin edə bilmir
Region
30 Yanvar , 2016 11:26
​İran Londonda keçiriləcək konfransı təxirə salıb

Bakı. 30 yanvar. REPORT.AZ/ İranın neft-qaz sənayesinə xarici sərmayədarların cəlb edilməsi ilə bağlı bu ilin fevralında Londonda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans rəsmi Tehran tərəfindən ləğv edilib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu İran Milli Neft Şirkəti başçısının müavini Əli Kardora bildirib.

Onun sözlərinə görə, Britaniyanın Tehrandakı səfirliyi konfransda iştirak edəcək İran şirkətlərinin təmsilçilərini Londona getmək üçün viza ilə təmin edə bilmir: "Ona görə də London konfransını təxirə saldıq".

Ə.Kardora bildirib ki, bu ilin mayında İranda keçiriləcək neft müqavilələri üzrə tenderə xarici şirkətlər dəvət ediləcək.

Son xəbərlər

Orphus sistemi