Yuxarı
    Bağlamaq

    İran kosmik sahədə ABŞ-la əməkdaşlıq etmək istəyir

    Möhsün Bəhrami: ABŞ-la bu sahədə əməkdaşlıq etmək üçün əvvəlcə birinci şəxsin razılığı olmalıdır

    Bakı. 6 oktyabr. REPORT.AZ/ "Rəsmi Tehran ABŞ-la kosmos sahəsində əməkdaşlıq etməkdə maraqlıdır".

    "Report" "newsru.co.il"ə istinadən xəbər verir ki, bunu İslam Respublikasının Kosmik Agentliyinin başçısı Möhsün Bəhrami bildirib.

    O deyib ki, buna cəhd edən yalnız İran deyil: "Orbitdə dövlət və irq yoxdur. ABŞ-la bu sahədə əməkdaşlıq etmək üçün əvvəlcə birinci şəxsin razılığı olmalıdır. İran Rusiya, Avropa İttifaqı,Yaponiya və Çinin kosmik agentlikləri ilə danışıqlar aparır".

    Xatırladaq ki, atom-nüvə proqramı ilə bağlı İrana tətəbiq edilən sanksiyalar aradan qaldırıldıqdan sonra ilk dəfədir Tehran rəsmisi belə bəyantla çıxış edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi