İran istehsalı olan neft məhsulları Ermənistana buraxılmır

İran istehsalı olan neft məhsulları Ermənistana buraxılmır “İrandan idxal edilən kerosin aşağı keyfiyyətlidir”
Region
4 Mart , 2017 10:57
İran istehsalı olan neft məhsulları Ermənistana buraxılmır

Bakı. 4 mart. REPORT.AZ/ İrandan idxal edilən kerosini Ermənistan sərhəddən buraxmayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Standartlar İnsititutunun direktoru Yenok Azaryan bildirib.

Onun sözlərinə görə, İrandan idxal edilən kerosin aşağı keyfiyyətlidir.

Qeyd edək ki, bu günlərdə Ermənistan parlamentinin deputatı Nikol Paşinyan ölkəsinin baş naziri Karen Karapetyana müraciət edərək, hakimiyyətə sərf etməyən şirkətlərin gətirdikləri neft məhsullarının ölkəyə buraxılmadığını vurğulayıb. Deputat bildirib ki, bir aya yaxındır “Araqq” adlı şirkətin İrandan idxal etdiyi 460 ton kerosin Ermənistana buraxılmır.

Azaryan deyib ki, Ermənistanda neft məhsullarına Avropa İttifaqı standartları artıq tətbiq edilir. Həmin standartlara əsasən, neft məhsullarının tərkibindək kükürd miqdarına ciddi nəzarət olunur. Onun sözlərinə görə, İranda istehsalı olan kerosinin tərkibində kükürdün miqdarı Avropa İttifaqı standartından 300-400 dəfə çoxdur: “Standarta uyğun gəlmədiyi üçün İrandan idxal edilən neft məhsulları gömrükdə saxlanılıb”.

Son xəbərlər

Orphus sistemi