Yuxarı
    Bağlamaq

    İran istehsal etdiyi ağır suyun artıq qalan hissəsini ABŞ satmaq istəyir

    Əli Əkbər Salehi: Qalan 30 tonunu isə bu il iyulun 14-də atom məsələsinə dair əldə edilən razılaşmaya əsasən satışa çıxaracağıq

    Bakı. 24 dekabr. REPORT.AZ/ İran istehsal etdiyi ağır suyun artıq qalan hissəsini ABŞ satmaq istəyir.

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi deyib.

    "Biz 160 ton ağır su istehsal etmişik. Onun 130 tonunu Ərakdakı atom reaktorunda istifadə edəcəyik. Qalan 30 tonunu isə bu il iyulun 14-də atom məslələsinə dair əldə edilən razılaşmaya əsasən satışa çıxaracağıq. ABŞ potensial müştəri kimi onun keyfiyyəti tanış olub, dünyanın ən böyük ağır su alıcısı kimi bunu ala bilər", - deyə o vurğulayıb.

    Ə.Salehi qeyd edib ki, İran bu suyu pul və ya təbii uran qarışığı mübadiləsilə istənilən ölkəyə, o cümlədən ABŞ-a verməyə hazırdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi