Yuxarı

​SEPAH komandanı: "ABŞ-la düşmənçilik bitdi" düşüncəsi narahatedicidir"

Gələn ilin martınadək İran 20 hərbi manevr keçirməyi planlaşdırır

Bakı. 1 sentyabr. REPORT.AZ/ İran qarşıdan gələn 7 ay ərzində 20 hərbi təlim keçirməyi planlaşdırır.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, briqada generalı Məhəmmədəli Cəfəri qurumun qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sentyabrın 2-3-də Tehranda "Sarüllah iqtidarı" adı altında səfərbərliyə cəlb edilən 50 min nəfərin iştirakı ilə hərbi təlim keçiriləcək.

"Nüvə proqramı ilə bağlı razılaşma imzalanandan sonra "ABŞ-la düşmənçilik bitdi" düşüncəsi narahatedicidir", - o vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi