Yuxarı

İran İraqın şimalındakı kürd administrasiyasına xəbərdarlıq edib

“Sepah” komandanının müavini: İraqın şimalındakı siyasi rəhbərliyi öhdəliklərinə əməl etməyə çağırıram

Bakı. 2 iyul. REPORT.AZ/ İran qonşusu İraqın şimalındakı kürd administrasiyasına xəbərdarlıq edib. 

"Report" İRNA-ya istinadən xəbər verir ki, buna səbəb son günlərdə İraqla sərhəddə İran təhlükəsizlik qüvvələrinə qarşı hücumların artmasıdır. 

İran İnqilab Keşikçiləri Qvardiyası (“Sepah”) komandanının müavini, general Hüseyn Salami bölgədəki bəzi dövlətləri İran təhlükəsizlik qüvvələrinə yönəlik hücumların arxasında olduğunu bildirib: "İraqın şimalındakı siyasi rəhbərliyi öhdəliklərinə əməl etməyə çağırıram. Biz İrana təhdid yaradacaq istənilən şeyi heç tərəddüd göstərmədən məhv edəcəyik".

Qeyd edək ki, iyunun 15-dən başlayaraq İraqın şimal-qərbindəki bölgələrdə İ-KDP peşmərgələri və İran hərbçiləri arasında silahlı insident baş verməsi nəticəsində hər iki tərəfdən onlarla adam ölüb. Nəticədə İran ordusu Ərbil şəhərinə bağlı Soran qəsəbəsindəki dağlıq bölgələri artilleriya atəşinə tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi