İran İraq vətəndaşlarına viza verilməsini dayandırıb

İran İraq vətəndaşlarına viza verilməsini dayandırıb İranın Bağdaddakı səfirliyi müvəqqəti olaraq İraq vətəndaşlarına viza verilməsini dayandırıb.
Region
7 Oktyabr , 2019 15:45
İran İraq vətəndaşlarına viza verilməsini dayandırıb

İranın Bağdaddakı səfirliyi müvəqqəti olaraq İraq vətəndaşlarına viza verilməsini dayandırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Bağdaddakı səfirliyindən məlumat verilib.

“İraqın bütün vətəndaşları oktyabrın 24-dən dekabrın 27-dək İranın bu ölkədəki nümayəndəliklərinin vizasını almadan səfər edə bilər”, - deyə səfirlik qeyd edib.

İraq vətəndaşlarının İrana səfər etməsi üçün viza verilməsinin dayandırılmasına səbəb olaraq Bağdad və bir neçə şəhərdə keçirilən etiraz aksiyası göstərilib.

Qeyd edək ki, oktyabrın 1-dən İraqda etiraz aksiyası keçirilir. 

Son xəbərlər

Orphus sistemi