​İran-İraq müharibəsinin gizlinləri açılacaq

​İran-İraq müharibəsinin gizlinləri açılacaq General-mayor Həsən Firuzabadi həmin dövrə dair gizli materialların açılması haqda əmr verib
Region
27 Yanvar , 2015 18:14
​İran-İraq müharibəsinin gizlinləri açılacaq

Bakı. 27 yanvar. REPORT.AZ/ Bu il İran-İraq müharibəsinə aid gizli hərbi sənədlər açıqlanacaq.

"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Həsən Firuzabadi bildirib.

O, artıq həmin dövrə dair gizli materialların açılması haqda əmr verdiyini də deyib.

Xəbərdə bildirilib ki, materialların heç də hamısına giriş mümkün olmayacaq. İranın o vaxtkı ali rəhbəri ayətullah Xomeyni, ölkənin indiki lideri ayətullah Seyid Əli Xamneyi, prezidentin tapşırıqları və Ali Müdafiə Şurasının qərarları ilə bağlı qovluqlara geniş auditoriyanın girişi mümkün olmayacaq.

Xatırladaq ki, İran-İraq müharibəsi 1980-1988-ci illərdə olub.

Son xəbərlər

Orphus sistemi