İran İnqilab Yolu Cəmiyyətinin baş katibi: “Bankın baş direktoru cinayət məsuliyyətinə cəlb edilməlidir”

İran İnqilab Yolu Cəmiyyətinin baş katibi: “Bankın baş direktoru cinayət məsuliyyətinə cəlb edilməlidir” Bakı. 31 iyul. REPORT.AZ/ “İran Mərkəzi Bankının yüksək rütbəli məmurları, xüsusilə bankın keçmiş direktoru Vəliullah Seif milli valyutanın zəifləməsinə və təhrikedici fəaliyyətə görə məsuliyyət daşıyan əsas şübhəli şəxslərdirlər”.
Region
31 İyul , 2018 09:58
İran İnqilab Yolu Cəmiyyətinin baş katibi: “Bankın baş direktoru cinayət məsuliyyətinə cəlb edilməlidir”
0 : 00
0 : 00

Bakı. 31 iyul. REPORT.AZ/ “İran Mərkəzi Bankının yüksək rütbəli məmurları, xüsusilə bankın keçmiş direktoru Vəliullah Seif milli valyutanın zəifləməsinə və təhrikedici fəaliyyətə görə məsuliyyət daşıyan əsas şübhəli şəxslərdirlər”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam İnqilabı Yolu Axtaranlar Cəmiyyətinin Baş katibi Pərviz Soruri bildirib.

O, Mərkəzi Bankın keçmiş direktoru Vəliullah Seifinin və maliyyə qurumunun məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.

P.Soruri deyib ki, İran milli valyutasının devalvasiyası ilə bağlı baş vermiş son hadisələrin məsuliyyətini direktor və bankın yüksək vəzifəli şəxsləri daşıyır.

Baş katib İran Prezidenti Həsən Ruhani hökumətini tənqid edib: “Mövcud problemin həllinə belə yanaşma “status kvo”nu daha da ağırlaşdıracaq. Çünki ölkədə məsuliyyət daşıyanlar cəzalandırlımır, əksinə, onlar daha yüksək vəzifələrə təyin olunurlar”.

Bildirilib ki, Vəliullah Seifin hökumətdə nazir vəzifəsinə namizdələrdəndir. Ona görə də Pərviz Soruri hökuməti tənqid edib, bank rəhbərliyinin cinayət məsuliyyətinə cəlb edilməsinin istəyib.

Vəliullah Seif 2013-cü ilin avqustundan, Həsən Ruhani prezident olandan Mərkəzi Bankın direktoru işləyib. Ötən həftə İranın Nazirlər Kabinetində dəyişiklik zamanı onu bu postda Əbdülnasir Xemati əvəz edib.

Qeyd edək ki, 2018-ci əvvəlində bir ABŞ dolları 43 min İran rialı olub, hazırda bu rəqəm 120 min riala çatıb. 

Son xəbərlər

Orphus sistemi