Bakı. 22 noyabr. REPORT.AZ/ İran İnqilab Mühafizləri Korpusunun minlərlə üzvü Qüds şəhərindəki Əl-Əqsa Məscidinin İsrailin nəzarətindən geri alınmasını hədəf alan simulativ hərbi oyunlarda iştirak edib.
"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, Qum şəhərinin yaxınlığında keçirilən oyunlar çərçivəsində məscidin maketi istiqamətində "hücuma keçən" Korpus üzvlərinə helikopterlər, dronlar və təyyarələr dəstək verib.
General Əmir Əli Hacızadə bildirib ki, hərbi oyunlarda "Şahid-129" tipli təyyarələrdən istifadə edilib.