İran HHM sisteminin gücləndirilməsi imkanını araşdırır

İran HHM sisteminin gücləndirilməsi imkanını araşdırır İran xarici potensial hesabına Hava Hücumundan Müdafiə (HHM) sisteminin gücləndirilməsinin mümkünlüyünü araşdırır, lakin hələlik təhlükəsizliyinə olan təhdidləri süni sayır.
Region
19 İyun , 2019 11:47
İran HHM sisteminin gücləndirilməsi imkanını araşdırır

İran xarici potensial hesabına Hava Hücumundan Müdafiə (HHM) sisteminin gücləndirilməsinin mümkünlüyünü araşdırır, lakin hələlik təhlükəsizliyinə olan təhdidləri süni sayır.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani bildirib.

"İran hər zaman müdafiə və təhlükəsizlik sahələrində Rusiya ilə geniş əməkdaşlıq edib. İranın müdafiə sektorunun qiymətləndirmələri "S-400"ə ehtiyac olduğunu göstərərsə, mütləq danışıqlar aparacaq və rusiyalı dostlarla birlikdə qərar verəcəyik. Amma hazırda ölkənin təhlükəsizliyi üçün heç bir real təhlükə yoxdur", - o deyib.

Onun sözlərinə görə, İrana qarşı təhdidlər yalnız süni xarakter daşıyır.

Katib həmçinin vurğulayıb ki, İran Hərtərəfli Birgə Fəaliyyət Planının digər iştirakçılarının da öz öhdəliklərini yerinə yetirəcəyinə ümid edir, əks təqdirdə Tehran da HBFP-də nəzərdə tutulmuş hüquqi mexanizmlər çərçivəsində üzərinə düşən öhdəlikləri azaldacaq.

Daha əvvəl İran tərəfindən nüvə sazişi ilə nəzərdə tutulan az zənginləşdirilmiş uran ehtiyatlarının 300 kq həcmindəki maksimum həddinin artırılmasının nəzərdə tutulduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi