İran hərbi sürət gəmisini suya buraxıb

İran hərbi sürət gəmisini suya buraxıb Gəmi Bəsrə körfəzində xidmət edəcək
Region
14 Sentyabr , 2016 15:11
İran hərbi sürət gəmisini suya buraxıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ İran hərbi sürət gəmisini Buşəhr limanından suya buraxıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, "Şəhid Məhəmməd Naziri" adlanan gəminin suya buraxılması ilə bağlı Buşəhrdə tədbir keçirilib.

Xəbərdə bildirilib ki, gəmi alüminiumdan hazırlanıb. Gəminin uzunluğu 55 metr, eni 14 metrdir. Onun göyərtəsində 100 hərbçi və bir helikopter yer ala bilir.

İran İnqilab Keşikçiləri Qvardiyasının komandanı, kontr-admiral Əli Fədəvi tədbirdə deyib: "Şəhid Naziri" gələcək onillərin gəmisidir. 2-3 ölkə bu sahədə müəyyən işlər görərək belə gəmiləri istehsal edib.

Ə.Fədəvi "Şəhid Naziri" gəmisinin xüsusiyyətləri barədə deyib: "Bu gəmi həm yüksək sürətə, həm də uzun məsafə qət etmə və təlatümlü sularda yüksək davamlılığa malikdir. Gəmi həm də son dərəcə qənaətcil sayılır. Bundan beynəlxalq sularda və okeanlarda istfadə ediləcək".

İran hakimiyyəti gəminin yerli elm-texnikanın nailiyyətləri əsasında hazırlandığını bildirib.

Məlumata görə, gəmi Bəsrə körfəzində xidmət edəcək. Onun üzərinə İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin ABŞ haqqında dediyi "Donuzlar körfəzinə geri dönün" sözləri yazılıb.

Qeyd edək ki, ABŞ 1961-ci ildə Kubanın Donuzlar körfəzinə çıxmaq istəsə də, bunu bacarmamışdı. Donuzlar körfəzi (ispanca Bahia de Cochinos adlanır) Kubanın cənubunda Mantanas vilayətinin sahilində yerləşir.

Son xəbərlər

Orphus sistemi