İran hərbi qüvvələri Urmiyada təlim keçirir

İran hərbi qüvvələri Urmiyada təlim keçirir Bakı. 14 sentyabr. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Qərbi Azərbaycan əyalətinin Urmiya bölgəsndə hərbi təlim keçirməyə başlayıb.
Region
14 Sentyabr , 2018 14:03
İran hərbi qüvvələri Urmiyada təlim keçirir
0 : 00
0 : 00

Bakı. 14 sentyabr. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Qərbi Azərbaycan əyalətinin Urmiya bölgəsndə hərbi təlim keçirməyə başlayıb.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu qvardiyanın Qərbi Azərbaycan üzrə komandanı, general Həbib Şehsevari bildirib.

Onun sözlərinə görə, manevr “Aşuraçılar hakimiyyəti” adı altında keçirilir: “Təlimə 40 min könüllü səfərbər edilib. Məqsəd könüllülərin siyasi və ideoloji təlimi ilə yanaşı, bəzi döyüş taktikalarını öyrənmələri və praktik şəkildə onları inkişaf etdirməkdir”.

Son xəbərlər

Orphus sistemi