​İran hərbi manevr keçirir

​İran hərbi manevr keçirir Təlimdə 5 əlahiddə qərargah, qvardiyanın quru qoşunlarının desantları, artilleriya batareyaları, sərhəd qoşunları da iştirak edir
Region
12 Aprel , 2016 14:22
​İran hərbi manevr keçirir

Bakı. 12 aprel. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyası Quru Qoşunlarının Qüds qərargahı ölkənin cənub-şərqində "Böyük peyğəmbər" adlı hərbi manevrə başlayıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu qvardiyanın general-mayoru Məhəmmədi Marani bildirib.

Onun sözlərinə görə, hərbi təlim 3 gün sürəcək. Manevrdə 5 əlahiddə qərargah, qvardiyanın quru qoşunlarının desantları, artilleriya batareyaları, sərhəd qoşunları və "bəsic" (qvardiyanın kadr bazası, yarımhərbi könüllü dəstə) də iştirak edir. 

Son xəbərlər

Orphus sistemi