Yuxarı
    Bağlamaq

    İran hava limanlarında sərnişinləri Ebola virusu təhlükəsinə qarşı yoxlayırlar

    Ölkənin hava limanlarında müayinə üçün xüsusi tibbi mərkəzlər təşkil olunub

    Bakı. 17 oktyabr. REPORT.AZ/ İranın hava limanlarında ölkəyə Ebola virusunun müşahidə olunduğu xarici dövlətlərdən gələn əcnəbi vətəndaşları müayinə etmək üçün xüsusi tibbi mərkəzlər təşkil olunub. "Report" ISNA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi bildirib.

    Onun sözlərinə görə, Ebola virusu hallarının təsbit edildiyi ölkələrdən İrana gələn vətəndaşlar sərhəd-keçid məntəqələrində tibbi müayinədən keçirlər.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi