​İran Gürbulaq-Bazargan sərhəd-gömrük məntəqəsini açıb

​İran Gürbulaq-Bazargan sərhəd-gömrük məntəqəsini açıb Rəsmi Tehran həmin keçid məntəqəsi ilə Türkiyəyə buraxılışı dayandırmışdı
Region
13 Avqust , 2015 15:16
​İran Gürbulaq-Bazargan sərhəd-gömrük məntəqəsini açıb

Bakı. 13 avqust. REPORT.AZ/ Türkiyə ilə İran arasında Gürbulaq-Bazargan sərhəd-gömrük məntəqəsi açılıb.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin yol, nəqliyyat və tranzit təşkilatının baş direktoru Məhəmmədcavad Ətirçian bilidirib.

Qeyd edək ki, İran həmin keçid məntəqəsi ilə Türkiyəyə buraxılışı dayandırmışdı.

Xatırladaq ki, avqustun 10-da İranın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Türkiyəyə quru yolu ilə səfər etməkdən çəkinməyə çağırmışdı, nazirlik həmin müraciətində Türkiyənin şərqində baş verən bəzi hadisələrə görə qonşu ölkəyə quru yolu ilə deyil, təyyarələrlə səfər etməyi məsləhət görmüşdü.

Son xəbərlər

Orphus sistemi