Yuxarı

​İran gündəlik neft hasilatını 2 dəfə artırmağı planlaşdırır

Mənsur Müəzzəmi: Bir müddət sonra isə bu rəqəmi 4 milyon 700 min barelə çatdırmaq nəzərdə tutulub

Bakı. 7 iyul. REPORT.AZ/ İranın gündəlik neft ixracı orta hesabla bir milyon 200 min bareldir.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası neft nazirnin müavini Mənsur Müəzzəmi bildirib.

Onun sözlərinə görə, bu ötən dövrlə müqayisədə neft ixracatının iki dəfə artması deməkdir.

M.Müəzzəmi bildirib ki, ölkəsinə qarşı tətbiq edilən sanksiyalar ləğv olunduqdan sonra gündəlik hasilat 3 milyon 800 min barelədək artırılacaq: "Bir müddət sonra isə bu rəqəmi 4 milyon 700 min barelə çatdırmaq planlaşdırılıb".

Nazir müavini onu da vurğulayıb ki, gündəlik təbii qaz hasilatının 200 milyon kubmetrədək artırılması nəzərdə tutulub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi