​İran generalı ölkəsinin Suriyadakı hərbi fəaliyyəti ilə bağlı açıqlama verib

​İran generalı ölkəsinin Suriyadakı hərbi fəaliyyəti ilə bağlı açıqlama verib Hüseyn Səlami: "Suriya və İraqda baş verən hadisələr İran üçün eyni mahiyyətlidir"
Region
28 Oktyabr , 2015 09:34
​İran generalı ölkəsinin Suriyadakı hərbi fəaliyyəti ilə bağlı açıqlama verib

Bakı. 28 oktyabr. REPORT.AZ/ "İranın hərbi məsləhətçiləri Suriyada dörd sahədə - strateji, əməliyyat, taktiki və texniki yardım  fəaliyyət göstərir".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İnqilab Keşikçiləri Qvardiyasının baş komandanı səlahiyyətlərini icra edən general-mayor Hüseyn Səlami ölkə telekanallarından birinə müsahibəsində bildirib.

O, İraq kimi Suriyanın da ölkəsi üçün mühüm və strateji ölkə olduğunu vurğulayıb: "Suriya və İraqda baş verən hadisələr İran üçün eyni mahiyyətlidir".

Qeyd edək ki, İran ordusunun Suriyadakı döyüşlərdə 21 generalı və başqa yüksək rütbəli hərbçisi həlak olduğu haqda məlumatlar yayılıb.

Son xəbərlər

Orphus sistemi