​İran generalı: "Bizim Suriyada itkilərimiz o qədər də çox deyil"

​İran generalı: "Bizim Suriyada itkilərimiz o qədər də çox deyil" "Ölənlərin sayı çox deyil, lakin əvvəlki dövrlərə nisbətdə artıb"
Region
29 Oktyabr , 2015 01:28
​İran generalı: Bizim Suriyada itkilərimiz o qədər də çox deyil

Bakı. 29 oktyabr. REPORT.AZ/ İran İnqilabı Keşikçiləri Korpusunun komandan müavini, general Hüseyn Salami İran mətbuatına açıqlamasında bildirib ki, iranlıların Suriyada verdiyi itkilər KİV-də qeyd olunduğu kimi o qədər də çox deyil.

"Report" xəbər verir ki, bu barədə "Əl-Monitor" nəşri yazıb.

"Ölənlərin sayı çox deyil, lakin əvvəlki dövrlərə nisbətdə artıb", — deyə o bildirib.

O, Suriya hökumətinin kömək üçün İrana müraciət etdiyini vurğulayıb:

"Suriya hökuməti kömək üçün bizə müraciət etdi. Onlar Suriya ordusuna kömək edə biləcək müşavirlərin göndərilməsini istədi. Lakin bizim müşavirlər qərargahda oturub orduya kömək etməklə kifayətlənmədilər və cəbhədəki real vəziyyət ilə tanış olmaq üçün döyüş zonalarına yollandılar".

Qərb mənbələrinin məlumatına əsasən, Suriyada İran hərbçiləri ilə yanaşı, əksərən İraq, İran, Livan, həmçinin Pakistan, Azərbaycan və əhalisi əsasən şiə olan digər ölkələrdən minlərlə könüllü döyüşür.

Şiələr Suriyada Dəməşq yaxınlığında yerləşən xanım Zeynəbin (Məhəmməd peyğəmbərin (s) nəvəsi) məqbərəsinin müdafiəsi bayrağı altında döyüşürlər.

Son xəbərlər

Orphus sistemi