İran Ermənistanla vizasız rejimin tətbiqini təsdiq edib

İran Ermənistanla vizasız rejimin tətbiqini təsdiq edib Ermənistan və İran vətəndaşları giriş vizası olmadan qonşu ölkədə 90 gün ərzində qala biləcək
Region
11 İyul , 2016 14:38
İran Ermənistanla vizasız rejimin tətbiqini təsdiq edib

Bakı. 11 iyul. REPORT.AZ/ Tehranda İran Nazirlər Kabinetinin iclasında Ermənistan və İran arasında viza rejiminin ləğvi haqqında saziş təsdiq edilib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Nazirlər Kabineti diplomatik və adi pasport sahibləri, eləcə də Ermənistan Respublikasından tranzit kimi istifadə edildiyini göstərən keçid sənədlərinin sahibləri üçün viza rejiminin ləğvi barədə müvafiq qərar qəbul edib.

Xatırladaq ki, iyunun 16-da İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Ermənistan XİN başçısı Edvard Nalbandyan iki ölkə arasında viza rejiminin ləğv edilməsi haqqında saziş imzalayıb. Saziş daha əvvəl Ermənistan hökuməti tərəfindən təsdiq edilmişdi.

Sənədə əsasən, Ermənistan və İran vətəndaşları 180 gün müddətində giriş vizası olmadan qonşu ölkədə 90 gün ərzində qala biləcək. 

Son xəbərlər

Orphus sistemi