Yuxarı

​İran Ermənistana təyyarə benzini tədarük edəcək

İslam Respublikası daha iki ölkəyə yanacaq göndərməyi planlaşdırır

Bakı. 30 may. REPORT.AZ/ İran İslam Respublikası bu ildən Ermənistana təyyarə yanacağı tədarük etməyi planlaşdırır.

"Report" İRNA-ya istinadən xəbər verir ki, bunu İslam Respublikası Milli Neft Şirkətinin neft məhsulları bölməsinin direktoru İsmayıl Hişam Firuz bildirib.

Onun sözlərinə görə, İran yalnız Ermənistana deyil, Əfqanıstan, Tacikistan və İraqın şimalındakı kürd muxtariyyətinə də təyyarə benzini tədarük edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi