İran Ermənistana təbii qazın min kubmetrini 165 dollara təklif edir

İran Ermənistana təbii qazın min kubmetrini 165 dollara təklif edir Bakı. 25 may. REPORT.AZ/ “İran Ermənistana təbii qazın min kubmetrini 165 dollara satır”.
Region
25 May , 2018 20:35
İran Ermənistana təbii qazın min kubmetrini 165 dollara təklif edir

Bakı. 25 may. REPORT.AZ/ “İran Ermənistana təbii qazın min kubmetrini 165 dollara satır”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin energetika və təbii ehtiyatlar naziri Artur Qriqoryan bildirib.

Onun sözlərinə görə, Rusiya təbii qazının min kubmetri isə rəsmi Yerevana 150 dollara başa gəlir: "Bundan başqa, Qazprom Ermənistan ərazisində 27-28 milyon dollar məbləğində investisiya proqramını həyata keçirir. Ancaq bu o demək deyil ki, müzakirələr aparılmayacaq. İranla bu istiqamətdə danışıqlar davam edəcək. Ermənistan daha ucuz qiymətə təbii qaz mənbələri axtaracaq”.

Qeyd edək ki, rəsmən açıqlanmasa da, Türkiyə KİV-in məlumatına görə, ölkə İran qazının hər min kubmetri üçün 490 dollar ödəyir.

Son xəbərlər

Orphus sistemi