Yuxarı

​İran Ermənistana təbii qazın ixracını artırır

Tərəflər iki ölkə arasında iqtisadi əmədaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər

Bakı. 12 iyul. REPORT.AZ/ İran Ermənistana daha çox təbii qaz tədarük etməyə razılıq verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda İslam Respublikası prezidentinin müavini İshaq Cahangiri ilə Ermənistanın baş naziri Ovik Abramyan arasında olan telefon danışığı zamanı razılıq əldə edilib.

İnformasiyaya görə, tərəflər iki ölkə arasında iqtisadi əmədaşlığın genişləndirilməsinə dair məsələləri müzakirə ediblər.

Ermənistanın baş naziri İslam Respublikası prezidetnini müavinindən iyulun 10-u avqsutun 10-u arası müddətdə İrandan ölkəsinə ixrac edilən təbii qazın həcminin artılmasını xahiş edib. Qarşı tərəf bu istəyə təmin edəcəklərini bildirib.

Qeyd edək ki, Gürcüstandan keçən təbii qaz kəməri iyulun 10-dan avqustun 10-dək təmirə dayandırıldığı üçün Rusiaydana Ermənistana "mavi yanacağın" ötürülüməsi müvəqqəti olaraq dayandırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi