Yuxarı
    Bağlamaq

    ​İran əhalisinin sayı 80 milyona çatıb

    Ailələrin 14 faizi övlad sahibi olmaq istəmir

    Bakı. 27 dekabr. REPORT.AZ/ İran əhalisinin sayı 80 milyona çatıb. "Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İranda Əhalinin Qeydiyyata alınması İdarəsinin sədri Məhəmməd Nazimi Ərdəhani deyib.  

    Onun sözlərinə görə, 80 milyon iranlının 2 milyonu ölkə xaricində yaşayır.

    "Bu rəqəm dünya əhalisinin yüzdə birini təşkil edir, Asiyada 10-cu, bölgədə isə 3-cü yerdəyik. İranda hər kvadrat kilometrə orta hesabla 46 nəfər düşür. Əhalinin 70%-i şəhərdə, 30%-i isə kənddə yaşayır. Ailələrin 14%-i övlad sahibi olmaq istəmir, 19%-nin isə bir övladı var ", - M.N.Ərdəhani bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi