Yuxarı

​İran dini liderinin vəziyyətinin ağır olması barədə yayılan məlumatlar təkzib olunub

Ali dini lider Əli Xameneyi sağ və salamatdır

Bakı. 8 mart. REPORT.AZ/ "İranın ali dini lideri Əli Xameneyi sağ və salamatdır. Onun ağır vəziyyətdə xəstəxanada olması barədə yayılan məlumatlar şayiədən başqa bir şey deyil və ya kiminsə respublikada stabilliyi pozmaq cəhdidir".

"Report" xəbər verir ki, bu sözləri Tehran Universitetinin Beynəlxalq Tədqiqatlar fakültəsinin dekanı Sayed Məhəmməd Mərəndi bildirib.

Məlumata görə, dekanın atası bir neçə ay öncə Xameneyinin əməliyyatına rəhbərlik edən cərrahdır və həmin vaxtdan mahiyyət etibarı ilə ayətullanın səhhətinə nəzarət edir.

"Xameneyi həmişəki iş rejimində çalışır, görüşlər keçirir, həftədə üç dəfə səhərlər professor kimi dərs deyir və mütəmadi olaraq dağa gedir", — deyə Mərəndi bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi