İran dəniz quldurlarının neft tankerinə hücumunu dəf edib

İran dəniz quldurlarının neft tankerinə hücumunu dəf edib Piratlar Bab-əl-Məndəb boğazında İranın neft tankerini ələ keçirməyə cəhd göstərib
Region
2 İyul , 2016 15:32
İran dəniz quldurlarının neft tankerinə hücumunu dəf edib

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün səhər saatlarında Bab-əl-Məndəb boğazında İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər dəniz quldurlarının neft tankerinə hücumunu dəf edib.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, təqribən 115 nəfərdən ibarət silahlı qrup 12 qayıqda İranın neft tankerini ələ keçirməyə cəhd göstərib.

Hadisə yerinə vaxtında yetişən İranın Hərbi Dəniz Qüvvələrinin 41-ci eskadrası piratların cəhdlərinin uğursuzluqla yekunlaşmasına səbəb olub.

Qeyd edək ki, eskadraya bu il may-iyun aylarından hərbi növbə çəkən və regional sularda təhlükəsizliyi qoruyan "Şahid Nakdi" minadaşıyan-dağıdıcı gəmi və "Lavan" gəmisi daxildir. 

Son xəbərlər

Orphus sistemi