İran boyunca zəvvarların dəfn mərasimləri keçirilib

İran boyunca zəvvarların dəfn mərasimləri keçirilib Oktyabrın 3-də və 4-də İrana təyyarə ilə 210 zəvvarın meyiti gətirilib.
Region
5 Oktyabr , 2015 02:04
İran boyunca zəvvarların dəfn mərasimləri keçirilib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Ötən ay Mina dağında ziyarət zamanı baş verən izdiham nəticəsində ölən yüzlərlə zəvvar ötən gün İranın müxtəlif şəhər və qəsəbələrində dəfn edilib.

“Report”un “Amerikanın Səsinə” istinadən verdiyi xəbərə görə, oktyabrın 3-də və 4-də İrana təyyarə ilə 210 zəvvarın meyiti gətirilib.

İran Məkkədə baş vermiş faciəyə görə Səudiyyə hakimiyyətini ittiham edib və məhkəmə ilə hədələyib.

Tehran Universitetində təşkil olunan dəfn mərasiminin iştirakçıları “Səudlara ölüm” şüarları səsləndiriblər.

Səudiyyə Ərəbistanının rəsmi məlumatına görə, izdihamda 769 zəvvar ölüb.

Son xəbərlər

Orphus sistemi