Yuxarı

​İran "Boeing" şirkəti ilə 100 yeni təyyarə almaq barədə razılıq əldə edib

Bu, Iran Airin cari ildə ikinci çoxmilyardlıq sövdələşməsi olacaq

Bakı. 19 iyun. REPORT.AZ/ İranın "Iran Air" aviaşirkəti Amerikanın "Boeing" şirkəti ilə 100 yeni sərnişin təyyarəsinin alınmasına dair razılıq əldə edib.

"Report" xəbər verir ki, bu barədə İranın "Tasnim" informasiya agentliyi məlumat yayıb.

Əgər saziş imzalanarsa, bu, "İran Air"in cari ildə ikinci çoxmilyardlıq sövdələşməsi olacaq.

Bu ilin yanvarında İran prezidenti Həsən Ruhaninin Parisə səfəri zamanı "Airbus" şirkəti ilə dəyəri 27 milyard dollar olan 118 təyyarənin alınmasına dair saziş imzalanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi