Yuxarı

İran Körfəz ölkələrinin iştirakı ilə koalisiya yaradılmasını təklif edir

​İran BMT-nin himayəsi altında Körfəz ölkələrinin iştirakı ilə koalisi

İran Fars körfəzində BMT-nin himayəsi altında İraq, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman və Küveytin iştirakı ilə təhlükəsizlik koalisiyası yaradılmasını təklif edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif BMT-də jurnalistlər üçün hazırlanan səhər yeməyində məlumat verib.

"Körfəzdəki bu təhlükəsizlik koalisiyasına ilk öncə İran, İraq, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, Küveyt və ehtimal ki, Yəmən daxil olmalıdır. Yəmənin ora daxil olmasına qarşı deyilik, amma indi orada nələrin baş verdiyi aydın deyil", - deyə İran XİN başçısı bildirib.

Onun sözlərinə görə, koalisiyanın BMT-nin himayəsi altında fəaliyyət göstərəcəyi güman edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi