İran bəhreynli diplomatı “arzuolunmaz şəxs” elan etdi

İran bəhreynli diplomatı “arzuolunmaz şəxs” elan etdi Diplomatdan İranı 72 saat ərzində tərk etməsi tələb olundu.
Region
3 Oktyabr , 2015 02:17
İran bəhreynli diplomatı “arzuolunmaz şəxs” elan etdi

Bakı. 3 oktyabr. REPORT.AZ/ İran ilə Bəhreyn arasında gərginlik artır. “Report”un “Gazeta.Ru”-ya istinadən verdiyi xəbərə görə, İranın Xarici İşlər Nazirliyi Bəhreynin Tehrandaki nümayəndəsi Bassama ad-Dousarini “persona non-qrata” (arzuolunmaz şəxs) elan etdi.

Diplomatdan ölkəni 72 saat ərzində tərk etməsi tələb olundu.

Qeyd edək ki, Bəhreyn rəsmiləri daha əvvəl İranın bu ölkədəki nümayəndəsini “persona non-qrata” elan etmişdi.

Son xəbərlər

Orphus sistemi