İran baş prokurorunun müavini: “İqtisadiyyatın inkişafına mane olanları edam cəzası gözləyir”

İran baş prokurorunun müavini: “İqtisadiyyatın inkişafına mane olanları edam cəzası gözləyir” Bakı. 29 iyun. REPORT.AZ/ “İran iqtisadiyyatının inkişafına mane olanları, valyuta bazarında təbliğat aparanları edam və 20 ilədək azadlıqdan məhrum edilməyədək sərt cəza gözləyir”.
Region
29 İyun , 2018 11:18
İran baş prokurorunun müavini: “İqtisadiyyatın inkişafına mane olanları edam cəzası gözləyir”

Bakı. 29 iyun. REPORT.AZ/ “İran iqtisadiyyatının inkişafına mane olanları, valyuta bazarında təbliğat aparanları edam və 20 ilədək azadlıqdan məhrum edilməyədək sərt cəza gözləyir”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası baş prokurorunun müavini Məhəmməd Müsəddiq bildirib.

O, İranın valyuta bazarında baş verənləri şərh edərkən deyib: “Düşmənin məqsədi İran iqtisadiyyatını çökdürməkdir”.

Bir müddət əvvəl İran prezidentinin müavini İshaq Cahangiri bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyəti İrana qarşı iqtisadi müharibə aparır.

Son xəbərlər

Orphus sistemi