​İran ballistik raketlərin sınağını uğurla başa çatdırıb

​İran ballistik raketlərin sınağını uğurla başa çatdırıb Bir neçə nəsil ballistik raketlərin sınağı çərşənbə günü axşam yekunlaşıb
Region
11 Mart , 2016 03:20
​İran ballistik raketlərin sınağını uğurla başa çatdırıb

Bakı. 11 mart. REPORT.AZ/ İran ballistik raketlərin sınağını uğurla başa çatdırıb.

"Report" xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidmətinin məlumatında bildirilir.

İran Silahlı Qüvvələri çərşənbə axşamı və çərşənbə günü şəxsi istehsalı olan raket sınaqlarının yekun mərhələsi çərçivəsində ballistik raketlərin sınaq buraxılışını həyata keçirib.

"İran millətinin düşmənlərini qorxutmaq üçün bir neçə nəsil və ölkə ərazisindəki müxtəlif nöqtələrdən müxtəlif mənzilli ballistik raketlərin sınağı çərşənbə günü axşam başa çatıb", - deyə İİKK-nın "Sepahnews" portalında dərc olunan məlumatında qeyd olunur.

Son xəbərlər

Orphus sistemi