İran ballistik raket proqramına 520 milyon dollar ayıracaq

İran ballistik raket proqramına 520 milyon dollar ayıracaq Qanuna əsasən kəşfiyyatın fəallığının artırılmasına və başqa məqsədlər üçün 5 milyard dollar ayırlması nəzərdə tutulub
Region
14 Avqust , 2017 11:31
İran ballistik raket proqramına 520 milyon dollar ayıracaq

Bakı. 14 avqust. REPORT.AZ/ İran parlamenti ölkənin ballistik raket proqramının hazırlanmasına 520 milyon dollar vəsaitin ayırılmasını nəzərdə tutan anti-Amerika qanun layihəsini qəbul edib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, iclasda iştirak edən 247 deputatdan 240-ı layihənin lehinə səs verib.

Məlumata görə, 520 milyon dollar vəsait ballistik raket proqramının hazırlanması, eləcə də İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki əməliyyatlarının genişləndirilməsi üçün nəzərdə tutulub.

Xəbərdə bildirilib ki, sənəddə müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, terrorçuluğa qarşı fəaliyyətə, diplomatik imkanların gücləndirilməsinə, kəşfiyyatın fəallığının artırılmasına, bölgədə sabitliyin təmin olunmasına, qvardiyanın dəstəklənməsinə və İranın nüvə zərbələrindən müdafiə imkanlarının artırılmasına 5 milyard dolların ayırlması nəzərdə tutulub.

Xatırladaq ki, bu il avqustun 2-də ABŞ Prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya sanksiyanın tətbiq edilməsi haqqında qanunu imzalayıb. Həmin sənəddə İranın 18 təşkilatı və fiziki şəxsinə sanksiya tətbiq edilir. 

Son xəbərlər

Orphus sistemi