Yuxarı

İran Azərbaycan da daxil olmaqla 7 ölkə ilə viza rejimini sadələşdirib

Azərbaycan, Türkiyə, Gürcüstan, Livan, Misir, Suriya və Boliviya vətəndaşları 15 gündən 90 günədək İranda vizasız qala biləcək

Bakı. 29 iyul. REPORT.AZ/ İran yeddi ölkə ilə viza rejimini sadələşdirib. "Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri "Kayhan" qəzeti dərc edib.

Belə ki, İranın turizm sektorunun inkişafına təkan vermək məqsədi ilə qəbul edilən qərara əsasən, İrana səfər etmək istəyən Azərbaycan, Türkiyə, Gürcüstan, Livan, Misir, Suriya və Boliviya vətəndaşlarından turist vizası tələb olunmayacaq.

Bu ölkələrin vətəndaşları 15 gündən 90 günədək İranda vizasız qala biləcək.

Qəzetin məlumatına əsasən, rəsmi Tehran daha 60 ölkə ilə də bağlı oxşar addım atmağa hazırlaşır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi