Yuxarı
    Bağlamaq

    İran Amerikanın iki kəşfiyyat təyyarəsini vurmaqla hədələyib

    Təyyarələr İranın dövlət ərazi suları sahilindən 12 dəniz mili məsafəsində uçublar

    Bakı. 13 sentyabr. REPORT.AZ/ İran ötən şənbə günü bilavasitə sərhədləri yaxınlığından uçmuş iki Amerika kəşfiyyatçı təyyarəsini vurub salmaqla hədələyib.

    “Report”un məlumatına görə, bu barədə “Fox News” telekanalı müdafiə sferasındakı üç mənbəyə istinadən xəbər yayıb.

    Məlumata görə, içində 9 ekipaj üzvünün olduğu “P-8 Poseidon” və 24 nəfərlə uçan “EP-3 Eries” təyyarəsi İranın dövlət ərazi suları sahilindən 12 dəniz mili məsafəsində uçublar.

    İran hərbçiləri radio vasitəsi ilə Amerika təyyarələrinə onları vurub yerə salmağa risk etmələri ilə bağlı xəbərdarlıq ediblər. Lakin Amerika hərbçiləri xəbərdarlıqlara əhəmiyyət verməyiblər və İran ərazisinə yaxın uçuşlarını davam etdiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi