​İran AEBA müfəttişlərini hərbi obyektlərinə buraxmağa razılıq verib

​İran AEBA müfəttişlərini hərbi obyektlərinə buraxmağa razılıq verib Bunun üçün əlavə protokol qəbul edəcək
Region
14 İyul , 2015 16:40
​İran AEBA müfəttişlərini hərbi obyektlərinə buraxmağa razılıq verib

Bakı. 14 iyul. REPORT.AZ/ İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mütəxəssislərinin nüvə proqramı üzrə anlaşma çərçivəsində hərbi bazalara "tənzimlənən girişi"nə imkan yaratmağa razılıq verib.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Adı açıqlanmayan iranlı diplomat agentliyə bildirib ki, İranın hərbi obyektləri hər gələnə açıq deyil: "Bütün ölkələrin sirrini saxlamaq hüququ var. Ancaq İran nüvə proqramı üzrə razılaşmaya əsasən tənzimlənən giriş üçün əlavə protokol qəbul edəcək". 

Qeyd edək ki, İranın hərbi obyektlərinə AEBA müfəttişlərinin buraxılması "altılıq"la Tehran arasında müzakirələrin başlıca mövzularından biri idi.

Son xəbərlər

Orphus sistemi