İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır

İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır Tramp mayın 12-də sanksiyaların növbəti müddətə dondurulması barədə qərar qəbul etməlidir
Region
22 Aprel , 2018 05:53
İran ABŞ-ın sanksiyalarına cavab olaraq nüvə proqramını bərpa etməyə hazırdır

Bakı. 22 aprel. REPORT.AZ/ İran ABŞ prezidenti Donald Trampın mayda nüvə proqramına görə tətbiq edilmiş sanksiyaların 2015-ci il Vyana sazişindən sonra dondurulma müddətini uzatmayacağı təqdirdə, onu bərpa etməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu bəyanatla İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çıxış edib.

O bildirib ki, beynəlxalq ictimaiyyət İranı birtərəfli qaydada sövdələşməyə əməl etməyə çağıra bilməz.

Tramp mayın 12-də sanksiyaların növbəti müddətə dondurulması barədə qərar qəbul etməlidir. Qərar qəbul olunmayacağı təqdirdə, sanksiyalar avtomatik bərpa olunacaq.

Son xəbərlər

Orphus sistemi