​İran: ABŞ-ın ikili siyasəti İŞİD ilə mübarizədə səmərəsizdir

​İran: ABŞ-ın ikili siyasəti İŞİD ilə mübarizədə səmərəsizdir "Bombardıman səmərəli mübarizə üsulu deyil"
Region
5 İyun , 2015 21:37
​İran: ABŞ-ın ikili siyasəti İŞİD ilə mübarizədə səmərəsizdir

Bakı. 05 İyun. REPORT.AZ/ İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ı "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasına qarşı ikili siyasət aparmaqda ittiham edib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

"Amerikalılar həm İŞİD-lə mübarizə apardıqlarını, eyni zamanda isə Suriyanı hücumlara məruz qoyduqlarını iddia edə bilməzlər. Birləşmiş Ştatların bu cür ikili siyasətinin nəticəsidir ki, İraq və Suriyada uğur qazana bilmirik", — deyə Zərif bildirib.

O, həmçinin qeyd edib ki, bombardıman səmərəli mübarizə üsulu deyil.

Bundan əvvəl İranın ABŞ-ı İŞİD-ə silah verməkdə ittiham etdiyini məlumat verilmişdi.

Son xəbərlər

Orphus sistemi