İran ABŞ-ı bir neçə saat içində nüvə sazişindən çıxa biləcəyi ilə hədələyib

İran ABŞ-ı bir neçə saat içində nüvə sazişindən çıxa biləcəyi ilə hədələyib Həsən Ruhani: "ABŞ Prezidenti Donald Tramp yaxşı tərəfdaş deyil"
Region
15 Avqust , 2017 11:11
İran ABŞ-ı bir neçə saat içində nüvə sazişindən çıxa biləcəyi ilə hədələyib

Bakı. 15 avqust. REPORT.AZ/ İran Prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyaları genişləndirməyə davam edəcəyi təqdirdə ölkəsinin bir neçə saat içində nüvə proqramı ilə bağlı sazişdən çıxa biləcəyini bildirib. 

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Sanksiyalar və maneəçiliklə bağlı uğursuz təcrübə onların əvvəlki administrasiyasını danışıqlar masasına gətirdi. Onlar bu təcrübəyə qayıtmaq istəyirlərsə, çox qısa müddətdə - həftələr və aylar ərzində yox, saat və gün ölçüsündə - əvvəlki vəziyyətimizə qayıda bilərik", - H.Ruhani vurğulayıb.

İran lideri həmçinin ABŞ Prezidenti Donald Trampın yaxşı tərəfdaş olmadığını bildirib.

Onun sözlərinə görə, dünya ictimaiyyəti ABŞ-ın birgə hərtərəfli fəaliyyət planı (BHFP) üzrə vədlərini daim və təkrar-təkrar pozduğuna, üstəlik, bir sıra digər qlobal sazişlərə əməl etmədiyinə, bununla da onların nə yaxşı tərəfdaş, nə də danışıqlarda etibarlı tərəf olmadığına şahidlik edib.

Son xəbərlər

Orphus sistemi