İran ABŞ güləşçilərini ölkəsinə buraxmayacaq

İran ABŞ güləşçilərini ölkəsinə buraxmayacaq Yarış fevralın 16-17-də İranın Kirmanşah şəhərində keçiriləcək
Region
3 Fevral , 2017 15:03
İran ABŞ güləşçilərini ölkəsinə buraxmayacaq

Bakı. 3 fevral. REPORT.AZ/ İranın Xarici İşlər Nazirliyi ABŞ-ın sərbəst güləş üzrə milli komandasının üzvlərinin Dünya Kubokuna buraxılmasına qarşı çıxıb.

“Report”xəbər verir ki, bunu İran XİN-in sözçüsü Bəhram Qasimi İRNA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məsələyə nazirliyin xüsusi komissiyasında baxılıb: “Nəticədə komitə amerikalı idmançıların İrana gəlişinə qarşı oldu. Əsas diqqət ABŞ Prezidenti Donald Trampın 7 ölkə vətəndaşına vizanın verilməsinə məhdudiyyət qoyması haqqında imzaladığı fərmana yönəldilib”.

Yarış fevralın 16-17-də İranın Kirmanşah şəhərində keçiriləcək.

Qeyd edək ki, yanvarın 27-də Donald Tramp ölkəyə giriş qaydalarını sərtləşdirən, eləcə də İraq, İran, Suriya, Sudan, Yəmən, Liviya və Somalidən olan şəxslərin ABŞ-a girişinə 90 gün müddətinə qadağa qoyan sənəd imzalayıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə amerikalılara İrana səfər etmək üçün viza verməyəcəklərini bildirmişdi. Onun sözlərinə görə, bu məsələdə istisnalar da ola bilər: "İstisnalar olarsa, buna İran XİN-də baxılacaq və sonra qərar qəbul ediləcək".

Son xəbərlər

Orphus sistemi