Yuxarı

İran ABŞ əsgərlərinin ailəsinə 2,65 milyard dollar kompensasiya ödəyəcək

Bu vəsait ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək

Bakı. 21 aprel. REPORT.AZ/ ABŞ-ın Ali Məhkəməsi İranın bu ölkədə dondurulmuş bank hesablarından 2,65 milyard dolların amerikalı zərərçəkən ailələrə verilməsi haqda qərar qəbul edib.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, ABŞ Ali Məhkəməsi bununla bağlı aprelin 21-də qərar çıxarıb. 2,65 milyard dollar ABŞ-ın 241 əsgərinin ailəsinə veriləcək.

Qeyd edək ki, 1983-cü ilin oktyabrın 23-də Livanın paytaxtı beyrutda "İslami-Cihad" və "Hizbullah"ın ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus kazarmalarını partlatması nəticəsində 241 amerikalı, Fransa bazasının partladılması nəticəsində 58 fransız əsgər həlak olub. 

1979-cu il islam inqilabından sonra İranın ABŞ banklarındakı hesabları dondurulmuşdu. Ötən ilin yayında İslam Respublikası ilə beynəlxalq vasitəçilər arasında əldə edilən razılaşmadan sonra həmin hesablara qoyulan sanksiyalar yumşaldılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi