Yuxarı

​İran ABŞ-a birbaşa uçuşları bərpa etməyə hazırdır

Hada Karmi: Sanksiyaların aradan qaldırılmasından sonra təyyarə istehsal edən iri şirkətlər İrana əməkdaşlıq təklif edib

Bakı. 28 iyul. REPORT.AZ/ İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Hada Karmi beynəlxalq sanksiyaların ləğv olunması ilə əlaqədar ölkəsinin ABŞ-a birbaşa uçuşları bərpa etməyə hazır olduğunu bildirib. Bu barədə "Report" RİA Novosti-yə istinadən xəbər verir.

"İran hava nəqliyyatı parkı ABŞ-a bir başa reyslərin həyata keçirilməsini reallaşdıra bilən transatlantik təyyarələrlə təchiz olunub", - H. Karmi bildirib.

Onun dediyinə görə, sözü gedən uçuşların bərpa olunması üçün müvafiq qurumlardan "diplomatik icazə" almaq lazımdır və belə icazənin əldə olunmasından sonra "Mülki Aviasiya Təşkilatı bir başa uçuşların bərpa edilməsi prossesinin digər zəruri prosedurlarını həyata keçirəcək" .

Hada Karmi əlavə edib ki, sanksiyaların aradan qaldırılması ilə əlaqədar müxtəlif ölkələrdən olan böyük təyyarə istehsal edən şirkətlər İrana əməkdaşlıq təklif edib"

"Təyyarə və müxtəlif avadanlıqların İrana satışı ilə bağlı daxil olan təkliflər müvafiq orqanlara göndərilib və artıq onlar öyrənilir", - o bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi